İM-enodskopik müayinə zamanı mədənin antrum və cismində (korpus) hissəsində eroziv mukozal görütü verən selikli qişa səthindən qalxan dəyişikliklər görünə bilir və mədənin xərçəng önü zədələnməsi sayılır. Xronik iltihab> Metaplaziya> Displaziya> Xərçəng. Biopsiya olunduqdan sonra intestinal metaplasiya adlanan diaqnoz nəticəsi gələ bilər. Mənası odur ki, mədə uzun müddət iltihab nəticəsində xüsusi ilə H.Pylori xronik iltihab nəticəsində hüceyrələrində dəyişiklik baş verərək özünü bağırsaq hüceyrələrinə bənzədir və zədələnmə prosesi başlayır. Bir çox araşdırmalar sübut etmişdir ki, mədə metaplaziyaları geri dönməz bir prosesdir.
Nə zaman narahat olmağa dəyər?
Əgər metaplaziya ocağı kiçik bir sahədədirsə (fokal) o zaman risk demək olar ki yoxdur. Əgər mədə cismində və antral hissədən ayrı-ayrı qablarda götürülmüş bioptatlarda metaplaziya təstiqlənibsə bundan əlavə natamam tip növdəndirsə, bəli bu xəsətlər nəzarətə götürülməli və 1-3 il ərzində kontrol endoskopik müayinələr və hədəf bioptatlar alınmalıdır.
Yox əgər biopsiyada displaziya əlamətləri inkişaf edibsə demək mədə artıq xərçəng hüceyrələrinə çevrilmə riski daşıyır və həkim nəzarətində olmalıdır, 6aydan bir endoskopik nəzarət olunmalıdır.
Necə müalicə olunur?
Dərman müalicəsi yoxdur. Əgər H.Pylori mikrobu varsa mütləq olaraq təmizlənmə müalicəsi almaq lazımdır. Digər vacib risk faktorları olan fast food, alkol, tütün qəbulu dayandırılmalıdır. Əgər metaplaziya progressivləşərək dispaziya istiqamətində davam edərsə zədələnmiş sahə endoskopik ESD deyilən mukozaektomiya əməliyyatı olunub zədəli sahə çıxarılır.
Comments